“Şalke” ona heç bir qələbə gətirməyən baş məşqçini 3 ay sonra istefaya göndərib

19.12.2020 - 11:30

“Şalke” baş məşqçisi Manuel Baumun istefaya göndərildiyini elan edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilir.

“Baş məşqçi Manuel Baum dərhal öz vəzifəsindən azad edilib. “Arminiya” ilə Bundesliqada ilin son oyununda klubun müvəqqəti baş məşqçisi vəzifələrini Xub Stivens üzərinə götürəcək. Mayk Byuskens məşqçinin köməkçisi təyin edilib”, – saytdakı rəsmi xəbərdə deyilir.

Baum “Şalke”yə 2020-ci ilin sentyabrında başçılıq etməyə başlamışdı. Onun klubla müqaviləsi 2022-ci ilə qədər qüvvədə idi.

Məşqçi əvvəllər Almaniyanın U-18 yığmasına başçılıq edirdi.

“Şalke” Baumun rəhbərliyi altında Almaniya çempionatında heç bir qələbə qazanmayıb. Komanda keçirdiyi 12 matçda 8 məğlubiyyətlə qarşılaşıb, 4 dəfə heç-heçə oynayıb. “Şalke” Bundesliqanın yarış cədvəlində sonuncu yeri tutur.

Short URL: http://www.cumhuriyyet.net/?p=158610

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728