UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə müzakirə: Distant tədrisin təşkilində keyfiyyət meyarları FOTO

26.12.2020 - 16:12

UNEC-də distant tədrisin və imtahanların təşkilində keyfiyyətin daha da artırılması məqsədilə rektor, professor Ədalət Muradov və UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə onlayn müzakirələr aparılıb.

Ölkənin tanınmış ictimaiyyət nümayəndələrinin təmsil olunduğu UNEC İctimai Nəzarət Şurasının üzvlərinə universitetdə distant təhsilin tədrisində tətbiq olunan yeniliklər barədə məlumat verilib. Bildirilib ki, tədrisdə keyfiyyətin artırılması məqsədilə, dərslər modul sisteminə uyğun olaraq keçirilir və semestrlər 4 modulla əvəzlənib. Hər modulun sonunda isə imtahanlar təşkil olunur. UNEC-də dərslərə davamiyyətin sərbəst oluduğunu nəzərə alaraq, tələbələrin dərslərdə fəallığını artırmaq və tədrisə cəlb olunmasını motivasiya etmək məqsədilə seminarlarda 20 bal qazanmaq imkanının yaradıldığı diqqətə çatdırılıb. Sistemin tətbiqindən sonra tələbələrin könüllü olaraq dərsə davamiyyətində ciddi artımın olduğu vurğulanıb.

Texniki və texnoloji ixtisaslar üzrə virtual laboratoriyaların yaradıldığı və tələbələrin həmin laboratoriyalarda istənilən qədər təcrübə aparmaq imkanlarının olduğunu bildirilib, gələcəkdə laboratoriyaların sayının artırılacağı qeyd edilib. Daha bir yeniliyin isə elektron kitabxana ilə bağlı olduğu deyilib. Tələbələr istənilən zaman elektron kitabxana xidmətindən istifadə edərək, lazım olan dərs və dərs vəsaitlərini əldə edə, eləcə də müxtəlif beynəlxalq bazalara və resurslara çıxış imkanı əldə edirlər.

UNEC-də xarici dilin tədrisində də yeni standartların tətbiq olunduğu şura üzvlərinin diqqətinə çatdırılıb. Belə ki, xarici dilin tədrisinin 2 ilə qədər artırldığı və tədrisin dinləmə, danışma, yazma, oxuma bacarıqları üzərində qurulduğu qeyd edilib. Gələcəkdə isə bir neçə fənnin tədrisinin xarici dildə tədris olunmasının nəzərdə tutulduğu qeyd edilib.

Növbəti yeniliyin isə üçüncü moduldan etibarən xaricdə fəaliyyət göstərən tanınmış professorların tədrisə cəlb olunması ilə bağlı olduğu diqqətə çatdırılıb.

Distant dərslərdə keyfiyyətə nəzarətin təşkili məqsədilə ikinci moduldan etibarən bütün fakültələr üzrə monitorinq qruplarının yaradıldığı bildirilib. Müəllimlərin tədris zamanı texniki və texnoloji biliklərinin artırlması məqsədilə peşəkar mütəxəssislər tərəfindən çoxsaylı təlimlərin keçirildiyi, hazırda isə DİM nümayəndələri tərəfindən imtahan testlərin düzgün hazırlanması metodikasına dair 5 günlük təlimlərin başlağıdı və təlimlərin canlı olaraq UNEC-in rəsmi facebook səhifəsi üzərindən yayımlandığı vurğulanıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov UNEC-dəki yenilikləri alqışlayaraq, modul sisteminin tətbiqinin tələbələrin fəallığının artırılması və tədrisə cəlb edilməsi baxımından çox faydalı olduğunu deyib. Müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsini, eləcə də xarici professorların tədrisə cəlb olunmasını keyfiyyətinin artırılması istiqamətində mühüm rol oynayacağını deyib.

Millət vəkili Etibar Əliyev distant təhsilin İKT sisteminin tətbiqini daha da sürətləndirdiyi və UNEC-in bu istiqamətdə ölkə ali təhsil müəssisələri arasında öndə olduğunu deyib. Keyfiyyətli distant təhsil modelinin yaradılması məqsədilə pilot ali məktəbin seçilməsinin faydalı olacağını diqqətə çatdırıb. Millət vəkili ölkədə distant təhsil mədəniyyətinin formalaşdırılmasının vacibliyindən də danışıb. Ali məktəblərdə dərslik laboratoriyalarının yaradılması və tərcümə ədəbiyyatlarına yer verilməsi barədə təkliflər səsləndirib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz distant təhsilin hazırda ənənəvi təhsilin alternativi kimi çıxış etdiyini deyib. UNEC-də tətbiq olunan modul sisteminin distant təhsildə daha çevik və daha effektiv yanaşma olduğunu diqqətə çatdırıb.

Millət vəkili Arzu Nağıyev distant təhsilin təkmilləşdirilməsi istiqamətdə tətbiq olunan yeniliklərin müsbət nəticələr verəcəyinə əminliyini bildirib. Ölkədə distant təhsilin tətbiqi zamanı yaranan sosial problemləri və onların həlli yollarını açıqlayıb.

UNEC-in tədrisdə keyfiyyət dəyişiklikllərinin flaqmanlarından olduğu deyən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, seminar balının verilməsini, xarici dilin tədrisində yeni standartların tətbiqini, eləcə də elektron kitabxana xidmətinin fəaliyyətini yüksək qiymətləndirib. O, testlərin hazırlanması və test bankının formalaşdırılması ilə bağlı xarici təcrübəni paylaşıb.

Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı isə distant təhsillə bağlı ictimaiyyətin maarifləndirilməsinin vacibliyindən danışıb.

Görüş müzakirələrlə davam edib. Bildirilib ki, mövcud durumda distant təhsilin geniş tətbiq olunması daha təkmil və mütərəqqi distant təhsil modelinin formalaşması üçün böyük imkanlar yaradır.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158903

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031