Robert Prosineçki Şimali Makedoniya yığmasında işləyə bilər

28.12.2020 - 10:35

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Şimali Makedoniya yığmasına rəhbərlik edə bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı xorvatiyalı mütəxəssis yerli federasiya ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Onun bu postda İqor Angelovskini əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Şimali Makedoniya seçməsi İqor Angelovskinin rəhbərliyi altında AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb. Robert Prosineçki 2014 – 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, noyabrın 25-də Türkiyənin “Denizlispor” komandası ilə yollarını ayırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=158949

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728