“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinatlar olub

30.12.2020 - 11:18

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinatlar olub.

Bu barədə Musavat.com-a İctimai Birliyin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Məlumata görə, Günel Məmmədhəsənova birliyin sədr müavini, Elnar Məmmədli Beynəlxalq və İctimai Əlaqələr Departamentinin rəhbəri, Nərgiz Əhmədqızı isə Qərb Regional Nümayəndəliyinin rəhbəri vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin qarşısına qoyduğu əsas məqsəd ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın genişmiqyaslı, milli və dövləti maraqlarımıza xidmət edən siyasətini təbliğ etməkdən, ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə dəstək verməkdən, o cümlədən bu qəbildən olan tədbirlərin onlayn platformalarda işıqlandırılmasında yaxından iştirak etməkdən ibarətdir.

Dövlətə və dövlətçiliyimizə xidməti fəaliyyətlərində əsas amal hesab edən “İMZA”-çılar, həmçinin beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin təbliğində yaxından iştirak edirlər və bundan sonra da bu istiqamətdə öz səylərini daha da gücləndirməyi qarşılarına məqsəd qoyublar. Çünki Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində işğalçı Ermənistan üzərində qazandığımız tarixi və parlaq qələbə Azərbaycana, xalqımıza, dövlətimizə dünyada çox ciddi nüfuz, hörmət və etibar qazandırıb.

“İMZA”-nın gələcək fəaliyyətinin əsas prioritetlərindən biri məhz qalib ölkəmizin dövlət siyasətinin mahiyyətinin, milli-mədəni dəyərlərinin, tarixinin dünyanın dörd bir tərəfində daha geniş istiqamətli təbliği, tanıdılması olacaq.

Bu baxımdan qarşıdan gələn 2021-ci ildə bu planların həyata keçirilməsi üçün “İMZA”-nın bütün kollektivinin, o cümlədən də İctimai Birliyə yeni təyin olunan əməkdaşların üzərinə ciddi məsuliyyət düşür.

Short URL: http://www.cumhuriyyet.net/?p=159057

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031