Xolesterinin səviyyəsini aşağı salan əlavələr açıqlandı

04.01.2021 - 10:43

Ekspertlər “pis” xolesterinin səviyyəsini aşağı salan qida əlavələrinin adlarını açıqlayıblar.

“Report” “Express”ə istinadən xəbər verir ki, mütəxəssislər birinci qida əlavəsi kimi maqneziumu açıqlayıblar. Qeyd edilir ki, onun gündəlik qəbulu yalnız “pis”in səviyyəsini aşağı salmır, həm də “yaxşı” xolesterinin orqanizmdəki səviyyəsini artırır. Bundan başqa, həmin maddə əhəmiyyətli mineraldır, hansı ki, qan təzyiqinin nizama salınması və qanda şəkərin səviyyəsi üçün lazımdır.

İkinci əlavə yaşıl çay cövhəridir. O, xüsusi halda ürək xəstəliklərinin inkişafı riskini azaltmağa kömək edir. Yaşıl çay həmçinin antioksidant, antibakterial, virus və xərçəng əleyhinə xüsusiyyətləri olan polifenollarla da zəngindir.

“Pis” xolesterinin səviyyəsini artıran amillərə yüksək tərkibli trans-yağlarla qidalanma, artıq çəki, hipodinamiya və papiros çəkmə də aiddir.

“Pis” xolesterinin səviyyəsini aşağı salan amillərə bədən tərbiyəsi, idman və ümumiyyətlə müntəzəm fiziki fəallıq, papiros çəkmədən və alkoqollu içkilərin istifadəsindən imtina, az doymuş heyvan piyinə və karbohidratlara malik yemək aiddir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159195

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930