“Bu arzuma “Qarabağ”da çatdım” – Pedro Enrike

11.01.2021 - 16:08

“Qarabağ”ın braziliyalı sabiq futbolçusu Pedro Enrike ölkəsinin mətbuatına müsahibə verib.

Qol.az xəbər verir ki, Türkiyənin “Kayserispor” klubunun 30 yaşlı yarımmüdafiəçisi Ağdam təmsilçisinə keçidi haqda da danışıb.

“Qarabağ”ın Bakıda “Roma” ilə matçında (1:2) fərqlənməklə, Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk oyunçu olan Enrike Ağdam təmsilçisində arzusuna çatdığını bildirib: “Ürəyim ağrıyırdı, “Qarabağ”dan təklif gələndə PAOK-un prezidentindən məni sərbəst buraxmasını xahiş etdim. Arzum Çempionlar Liqasında oynamaq idi. Bu arzuma da çatdım”.

Qeyd edək ki, Pedro Enrike 2017/2018 mövsümündə icarə əsasında “Qarabağ”da çıxış edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159659

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031