“Mançester Yunayted”in ən yaxşı transferi? – Ronaldonu üstələdi

17.01.2021 - 15:59

“Mançester Yunayted”in sabiq futbolçusu Con Oşi klub tarixinin ən yaxşı transferinin adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı sabiq yarımmüdafiəçi “qırmızı şeytanlar”ın gəlmiş-keçmiş ən yaxşı transferinin Rio Ferdinand olduğunu açıqlayıb. Oşi portuqaliyalı ulduz Kriştiano Ronaldo və Ueyn Runinin bu göstərəciyə yaxın olduqlarını da qeyd edib:

“Üstünlüyü Rioya verərdim. Mənim vaxtımda çox inamlı performans sərgilədi. Komanda üçün sağlam bir baza qurdu. O möhtəşəm oğlanıydı. Ronaldo ona yaxındır. İki möhtəşəm futbolçudan danışırıq. Amma həmin vaxt komandada ona olan ehtiyac və klubda qoyub getdiyi izlər onu hər kəsdən üstün edir”.

Qeyd edək ki, Rio Ferdinand 2002-2014-cü illər arası “Mançester Yunayted”də çıxış edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=159901

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031