Fənn olimpiadaları üçün şagirdlər seçildi

18.01.2021 - 15:10

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarına hazırlıq məqsədilə sınaq yoxlamaları və monitorinqlər keçirilib.

İdarədən Musavat.com-a bildirilib ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə onlayn şəkildə təşkil edilən məktəb mərhələsində VIII-XI sinif şagirdləri iştirak edib.

Məktəb mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini sınayıblar. İlk turda yaxşı nəticə göstərən məktəblilər Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak etmək şansı qazanıb.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəblilərin potensial imkanlarını inkişaf etdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159958

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728