Millimizin baş məşqçisi Polşa iddialarına cavab verdi

19.01.2021 - 14:27

Futbol üzrə Azərbaycan milli komandasının baş məqçisi Canni De Byazi Polşa yığmasından təklif aldığına dair xəbərlərə reaksiya verib.

“Report”un məlumatına görə, bu barədə polşalı jurnalist Matyuş Şveçiçki tvitter hesabında yazıb.

O, 65 yaşlı mütəxəssislə əlaqə saxladığını bildirib: “De Byazi bildirdi ki, Polşa yığmasına rəhbərlik etməsinə dair danışıqları 2018-ci il dünya çempionatından sonra aparıb. Amma hazırkı iş yeri Azərbaycandadır və Polşa Futbol İttifaqından heç kim onunla əlaqə yaratmayıb”.

O da bildirilir ki, italiyalı baş məşqçinin 2016-cı il Avropa çempionatından sonra da Polşa yığmasına rəhbərlik etməsi planlaşdırılıb. Lakin nə AVRO-2016, nə də DÇ-2018-dən sonra De Byazinin təyinatı gerçəkləşməyib. Polşa seçməsi yanvarın 18-də Yeji Brjeçeki istefaya göndərib.

Xatırladaq ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi 2022-nin yayında başa çatacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=160017

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728