İbrahimoviç “Atalanta”nın hücumçusu ilə münaqişəyə girib

24.01.2021 - 15:41

Futbol üzrə İtaliya A Seriyasının XIX turunda “Milan”ın “Atalanta”ya 0:3 hesabı ilə uduzduğu ev oyunundan sonra insident baş verib.

“Report”un məlumatına görə, meydan sahiblərinin hücumçusu Zlatan İbrahimoviç qonaq komandanın forvardı Duvan Sapata ilə münaqişəyə girib.

40 yaşlı İbrahimoviç özündən 10 yaş kiçik olan Sapataya “Karyerandakı oyun sayından çox qol vurmuşam” deyib. Kolumbiyalı hücumçu bu sözləri gülüşlə qarşılayaraq, isveçli forvarddan uzaqlaşıb.

Qeyd edək ki, bu mövsüm Zlatan İbrahimoviç İtaliya A Seriyasında 9 oyuna 12 qol vurub və 1 məhsuldar ötürmə verib. Duvan Sapata isə 19 qarşılaşmada 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Milan”la görüşdə qollara onunla yanaşı, Kristian Romero və Yosip İliçiç imza atıb. Bu qələbə sayəsində xalını 36-ya çatdıran “Atalanta” 4-cü pilləyə yüksəlib. “Qara-qırmızılar” isə 43 xalla liderdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=160246

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728