Şagirdlərin biliklərinin ilk onlayn qiymətləndirilməsi keçirilir – valideynlər narazıdır

26.01.2021 - 08:33

Bir neçə gündür ki, məktəblilərin biliklərinin onlayn qaydada qiymətləndirilməsinə başlanılıb. Valideynlər və şagirdlərin həyəcanla qarşıladığı bu imtahanlar bəzi narazılıqlara səbəb olub. Bizimlə söhbətdə oğlu 4-cü sinifdə oxuyan Aləm Nəbiyeva bildirib ki, imtahan zamanı bəzi çətiliklərlə üzləşiblər: “Bu gün uşaq sualları yazanda internet neçə dəfə çıxdı, müəllimənin dediklərini düzə-əməlli başa düşmədik. Heç bilmədim uşaq nə yazdı orada. Adamın əsəbləri korlanır. Müəllimə də deyib ki, burada alınan qiymət rüblüyə yazılacaq. Belə olmaz axı. Normal imtahan keçirsinlər, uşaqlar da düzgün cavab versinlər”.

Digər valideyn Leyla Mahmudova da şikayət etdi: “Qızım 4-cü sinifdə, rus bölməsində oxuyur. Bu gün dörd fənn onlayn qaydada oldu. 3-ündən imtahan verdilər, birindən də imtahana hazırlıq oldu. Axırıncı – dördüncü imtahan ”ingilis dili” fənnindən oldu, uşaq cavab verə bilmirdi artıq. Səhərdən kompüterin qarşısında əyilib cavab verməkdən hal qalmamışdı. Mən övladımın belə qiymətləndirilməsini istəmirəm. Keyfiyyətli dərs keçilibmi məgər, indi də tələb edirlər. Hələ onu demirəm ki, valideynlərin çoxu cavabları özləri yazırlar”.

Kamran Əsədov: DİM-ə qarşı məhkəmə iddiası qaldıracağam

Kamran Əsədov: “Müəllimlər qiymət verərkən onlayn dərsin çətinliklərini nəzərə alsınlar”

“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov da qiymətləndirmə haqqında fikirlərini bildirib: “Azərbaycan təhsil sistemində ilk dəfədir ki, onlayn qaydada bu qədər kütləvi qiymətləndirmə aparılır. Təbii ki, istər onlayn dərs, istər onlayn qiymətləndirmə bizim üçün yeni üsul və vasitədir. Etiraf edək ki, bütün təhsil alanlarımız bərabər şəkildə bu imkanlardan istifadə edə bilmirlər. Ən vacib məqamlardan biri isə təhsil alanların biliklərinin obyektiv şəkildə qiymətləndirilməməsidir. Təəssüf ki, onlayn qiymətləndirmə zamanı bir çox valideynlər övladlarına test tapşırıqlarının həllində yaxından kömək və müdaxilə eləyib. Məsələnin birinci problemli tərəfi budur. Əlbəttə, bütün hallarda dərslər onlayn keçirildiyi üçün qiymətləndirilmə də onlayn keçirilməli idi.

Burada problemi iki hissəyə bölək: onlayn dərslərə qoşulmayan şəxslər biliyinin qiymətləndirilməsində mütləq iştirak etməlidirlər. Əgər hansısa şagirdin qiymətləndirilməsi  mümkün deyilsə, sonradan qaydalara riayət etmək şərtilə məktəblərdə bu reallaşacaq. İkincisi isə texniki və təbiət fənlərindən-fizika, kimya, biologiya fənlərinin cavablandırılmasında onlayn resurslar yetərli deyil. Şagirdləri bu fənlərdən onlayn qiymətləndirməyə cəlb etmək o qədər də effektiv deyil. Çünki onlar biliklərini tam şəkildə ortaya qoya bilmirlər. Həm də vaxt baxımından bu mümkün deyil. Ümumiyyətlə,  birinci yarım il üzrə qiymətləndirmələr keçirilməsəydi, daha yaxşı olardı. Bu zaman şagirdlər əlavə stresdən azad olmuş olardılar. Amma bütün hallarda biz məcburuq. Birinci yarım il başa çatır”.

Ekspert xatırladır ki, 27 yanvar-31 yanvaradək ölkədə qış tətili başlayır: “Şagirdlərin birinci yarım il üzrə bilikləri qiymətləndirilməlidir. Bilirik ki, ötən tədris ili-ikinci yarımillikdə şagirdlərin biliyi qiymətləndirilmədi və onların birinci yarım ili üzrə qiymətləri əsas illik və ikinci yarımilliyin qiymətləri olaraq yazıldı. Düşünürəm ki, bu qaydanı cari il üçün də tətbiq etmək olardı. İkinci yarım il üzrə mərhələli şəkildə məktəbə gedəndə onların bilikləri qiymətləndirilə bilərdi. Düzdür, burada nə qədər ədalətli olsa belə şəffaflığın təmin olunması məsələsi var. Etiraf edək ki, müəyyən qisim şagirdin interneti, kompüteri, planşeti olmadığı üçün qiymətləndirmədən kənarda qalacaqlar. Yaxud da qiymətləndirmə zamanı intetnetində problem olan, stress yaşayan şəxslərin bilikləri tam olaraq qiymətləndirilməyəcək. Ona görə də müəllimlər qiymətləndirmə zamanı bu amilləri nəzərə almalıdırlar. Yəni əsas meyar o demək deyil ki, şagird 60-70 suala cavab verirsə, ona uyğun olaraq qiymətini yazmaq lazımdır. Müəllim dərsi idarə edən şəxsdir, yaxşı olar ki, uşaqlara qiymət verərkən onlayn dərsin çətinliklərini nəzərə alsınlar. Onlayn qiymətləndirmə bəzən şagirdlərin potensialına uyğun olmur. Bu da onların növbəti illərdə təhsilə marağını azalda bilər, motivasiyasını aşağı sala bilər. Müəllimlər müəyyən qədər güzəştlər etsələr, daha yaxşı olardı”.

Vəfa Yaqublu: “Təhsilin əvvəlki formada təşkili yalnız “yaşıl” zonada  mümkündür” - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Vəfa Yaqublu: “Bütün dünyada təhsillə bağlı göstəricilər aşağı düşüb”

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, şagirdlərin yarımil ərzində yaxşı dərs öyrənmədiyi məlumdur: “Məktəbdaxili qiymətləndirmə gözlənilməz olmayıb. Uşaqların biliklərinin qiymətləndirilməsi o anlama gəlmir ki, onlardan yüksək nəticə gözləyirik. Bütün dünyada təhsillə bağlı göstəricilər aşağı düşüb. Biz nə ilə qarşılaşacağımızı bilirik. Lakin bunu ölçmək üçün qiymətləndirmə vacibdir. Qiymətləndirmə hər bir akademik öyrənmənin göstəricisinin nəticəsidir, bu, imtahan deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160282

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031