Məhəmməd Əlini məğlub edən boksçu xərçəngdən öldü

07.02.2021 - 14:19

Dünya Boks Şurasının və Beynəlxalq Boks Assosiasiyasının versiyaları üzrə superağır çəkidə dünya çempionu olmuş amerikalı idmançı Leon Spinks vəfat edib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Leon Spinks 67 yaşında dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən öldüyü bildirilir.

Məlumata görə, boksçuya beş il əvvəl prostat xərçəngi diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, keçmiş çempionun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, L.Spinks 1976-cı ildə olimpiya çempionu tituluna sahib olub. 1978-ci ildə əfsanəvi Məhəmməd Əlini məğlub edərək dünya şöhrəti qazanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160768

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930