Afrika Millətlər Kubokunun qalibi müəyyənləşdi
Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
Qol.az xəbər verir ki, final matçında Mərakeş Mali ilə qarşılaşıb. Görüş Mərakeşin 2:0 hesablı qələbəsi lə başa çatıb.
Bununla da Mərakeş titulunu qorumuş olub. 2 il əvvəl komanda finalda Nigeriyanı 4 cavabsız qolla məğlub edərək, bu ada yiyələnib.
Əlavə edək ki, Afrika Millətlər kuboku iki ildən bir keçirilir. Turnirdə yalnız yerli liqalarda çıxış edən futbolçular iştirak edir.
Afrika Millətlər Çempionatı, final
“Mali” – “Mərakeş” – 0:2
Qollar: Buftini, 69, El-Kaabi, 79
Short URL: http://www.cumhuriyyet.net/?p=160849