Klopp ciddi səhvlər edən Alissonla nə danışıb?

08.02.2021 - 12:36

“Liverpul”un baş məşqçisi Yurgen Klopp qapıçıları Alisson Bekerla aralarındakı dialoq haqda danışıb.

28 yaşlı braziliyalı qolkiper dünən Premyer Liqanın “Mançester Siti”yə qarşı matçında qollarla nəticələnən iki kobud səhvə yol verib. Bu səbəbdən onun komandası 1:4 hesabı ilə uduzub.

Qol.az-ın xəbərinə görə, oyundan sonra keçirilən mətbuat konfransında almaniyalı mütəxəssis bu məsələyə də münasibət bildirib. O deyib: “Biz oyunun taleyini həll edən iki ciddi səhv etdik. Bir görüşdə əgər sənin yaxşı qol imkanların olursa və belə səhvlər də baş verirsə, bu, artıq oyunu öldürür. Bunu hamı bilir. Alissonla bir az əvvəl danışdım. O, sadəcə dedi: “Bu gün yox, bu gün yox…” Mən isə bildirdim ki, bu, səhvlərin problemidir. Bunu düzəltməyin yeganə yolu isə səhvləri aradan qaldırmağın üzərində işləməkdir. Alisson bənzər hadisələrin təkrarlanmaması üzərində çalışacaq. Bu gün həmin səhvlər həlledici rol oynadı. Amma bu, normaldır. Əvvəllər o, komandamızın həyatını xilas edib. Alisson dünya səviyyəli qapıçıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160859

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728