Cavanşir Feyziyev: Uğurlu bir il

09.02.2021 - 23:06

Sonuncu parlament seçkilərindən düz bir il ötür. Keçən bir il ölkəmizin həyatında, həmçinin Milli Məclisin fəaliyyətində önəmli hadisələrlə zəngin olub. Azərbaycan tarixə qızıl hərflərlə yazılacaq möhtəşəm uğurlar əldə edib. 30 il ərzində işğal altında qalmış Qarabağ torpaqlarının düşməndən azad olunması, dünyanın meqa-layihələrindən birinin – Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi, onilliklər ərzində mübahisə predmeti olan “Dostluq” neft-qaz yatağının Türkmənistanla birgə istismarına dair anlaşmanın əldə olunması, bütün bunlarla yanaşı, COVID-19 pandemiyasına qarşı dövlət səviyyəsində səmərəli mübarizənin aparılması ötən ilin ən yaddaqalan hadisələrindən olub, gələcəkdə daha böyük uğurlarımız üçün etibarlı zəmin yaradıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat qeyd edib ki, ötən bir il Milli Məclisin də tarixində sıradan bir il olmayıb. Fevralın 9-da keçirilən seçkilərdən sonra prinsipcə yeni əsaslar üzərində formalaşan Milli Məclisdə də əhəmiyyətli dərəcədə islahatlar aparılıb. Milli Məclisin daxili inzibati idarəetmə aparatı keyfiyyət etibarilə yeni konfiqurasiyada yenidən təşkil olunub. Seçkilərdən sonra yeni parlamentdə yer almış bütün siyasi partiyaların fəal iştirakı ilə formalaşmış parlament komitələri yeni şəraitdə – rəqabətli mühitdə daha səmərəli fəaliyyət göstərib. İl ərzində Milli Məclisin pandemiya şəraitində keçirilmiş iclaslarında ölkəmizin inkişafının ictimai-siyasi, sosial-iqtisadi və sair sahələrilə bağlı vətəndaşların həyat və fəaliyyətinə birbaşa aidiyyəti olan çoxsaylı məsələlər müzakirə olunub, ümumilikdə 86 qərar və qanun layihəsi qəbul edilib.

Cavanşir Feyziyev diqqətə çatdırıb ki, pandemiya ilə bağlı bütün dünyada tətbiq olunmuş ölkələrarası hərəkət məhdudiyyətləri müəyyən çətinliklər yaratsa da, Milli Məclis beynəlxalq fəaliyyət sahəsində də öz işlərini yeni dövrün tələblərinə uzlaşdırıb. Deputatlar çoxsaylı beynəlxalq tədbirlərdə, toplantı və debatlarda, təqdimatlarda onlayn formatda iştirak edərək milli maraqlarımızın müdafiəsinə öz töhfələrini verməyə çalışıblar.

Deputat deyib ki, ekstremal şəraitdə fəaliyyət bütün qurumlarda, o cümlədən Milli Məclisdə də çevikliyin və səmərəliliyin artırılması üçün yeni bacarıq və vərdişlərin əldə olunması ilə nəticələnib. Ötən il kütləvi görüşlər təşkil etmək imkanı olmasa da, seçicilərlə birbaşa əlaqələr də səngiməyib. İnformasiya texnologiyalarından istifadənin genişlənməsi nəticəsində deputat-seçici təmasları da yeni forma və məzmun əldə edib ki, bu da vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həllində operativliyin artmasına səbəb olub.

C.Feyziyev fəaliyyətinin ikinci ilinə addım atan Milli Məclisin üzvlərinə – bütün həmkarlarına dövlətçiliyimizin gücləndirilməsi və seçicilərimizin rifahı naminə göstərdikləri gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161014

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31