Məktəblər yenə bağlansa… dünya universitetləri içində rəzil yerimiz – Kamran Əsədov canlı yayında
Fevralın 1-dən orta məktəblərdə ibtidai siniflərin ənənəvi təhsilinin bərpa olunmasına, fevralın 15-dən də yuxarı sinif şagirdlərinin dərslərə başlayacağına baxmayaraq, bəzi insanlar martın ilk 10 günündən sonra yenidən onlayn tədrisə qayıdılacağı iddialarını səsləndirməkdədir.
Sosial şəbəkələrdə martın 8-dən sonra ölkədə sərt karantinin bərpa ediləcəyi, məktəblərin bağlanacağı haqda proqnozlar yazanlar var.
Baxmayaraq ki, buna dair rəsmi açıqlama verilməyib, amma istisna sayda şagird və müəllim korpusunda koronavirusa yoluxma halları qeydə alınıb, bu da müəyyən narahatlıq doğurmaqdadır.
Görəsən ənənəvi təhsil iyunun 15-nə qədər davam edəcəkmi, yoxsa məktəblərin açılması müvəqqəti xarakter daşıyır? Dərslərin bərpası hansı dəyişikliklərə səbəb olub?
Orta məktəblərdəki bu durumla yanaşı ali məktəblərlə də bağlı bir məsələ gündəmdədir. Belə ki, dünyanın ən yaxşı 500 universitetinin siyahısı açıqlanıb. Azərbaycan ali məktəbləri bu cərgədə yoxdur.
Bəs onda bu ölkədə ödənişli təhsil niyə var? Nə üçün ildə aşağısı 3000 manat təhsil haqqı ödəyib, 4 ilə azı 12 min xərc çəkib o karton parçasını almalıyıq?
Təəccüblü gələn digər fakt çoxumuzun can atdığı Türkiyə təhsilidir. Əlbəttə, Türkiyədə təhsil yaxşıdır, amma 500 universitet arasında cəmi bir türk təhsil ocağı var.
Və təəccüblü odur ki, siyahıda Rusiyanın bir neçə universiteti yer alır. Hətta Belarus dövlət universiteti də var. Eyni zamanda İranın 3, Səudiyyə Ərəbistanının 4 , habelə Qətər, Malayziya, Pakistan universitetləri də 500-lükdədir. Bizim adımız niyə imzalar içində yoxdur? Azərbaycan ali məktəblərinin səviyyəsi nə üçün qalxmır?
“TV Musavat”ın canlı yayınında, saat 16:00-da “Həftə içi” proqramının aparıcısı Emil Salamoğlu təhsil eksperti Kamran Əsədovla bu məsələləri müzakirə edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=161207