Azərbaycan idmanına ağır itki baş verdi

12.02.2021 - 11:06

Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetindən Qaynarinfo-ya verilən məlumata görə, o, 85 yaşında vəfat edib. O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub. Kamal Kəbirlinskinin həndbol, üzgüçülük, basketbol, stolüstü tennis, badminton, gimnastika, voleybol və digər idman növləri ilə bağlı çox sayda elmi məqaləsi dərc edilib. Kamal Əkbər oğlu Kəbirlinski 1959-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutu bitirib. 1959-cu ildən Azərbaycan Tibb Universitetinin bədən tərbiyəsi kafedrasınınbaş laborant vəzifəsində çalışırdı. 1969-cu ildən ATU-nun Bədən tərbiyəsi və idman kafedrasının müdiri vəzifəsini tutub. Əməkdar idman ustası, bədən tərbiyəsi xadimi, SSRİ məkanında ilk dəfə həndbol üzrə elmlər namizədi dərəcəsi almış, uzun illər həndbol federasiya prezidenti vəzifəsində çalışan Kamal Kəbirlinski əslən Ağcabədi rayonundandır. Prezident təqaüdçüsü Kamal Kəbirlinski “Tərəqqi” medalına layiq görülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=161252

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930