Neftçalanın yeni baş həkimi köhnə qaydalarla işləyir

18.03.2021 - 11:37

Məlum olduğu kimi ötən il Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının rayonda keçirdiyi məlum əməliyyatı zamanı Neftçala Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov həbs olunub. Hazırda xəstəxananın baş həkimi səlahiyyətlərini Elman Quliyev həyata keçirir. Rayondan daxil olan məlumata görə yeni baş həkimin də fəaliyyətində xeyli qanunsuzluqlar mövcuddur. Belə ki, rayon xəstəxanasına pandemiya üçün ayrılmış pulların düzgün istifadə olunmaması ilə bağlı cumhuriyyet.az-a məlumat daxil olub: “Rayon xəstəxanasındakı qanunsuzluqlarla bağlı araşdırma aparılması üçün yoxlama göndərsinlər. Yoxlama aparılsa rayon Mərkəzi Xəstəxanasında nələrin baş verdiyini öz gözləri ilə görəcəklər. Mühasibatçılıqda, Kadrlar şöbəsində, Təsərüfat hesabatlarında nələrin baş verdiyinin şahidi olacaqlar. Məsələn, 937 manat pandemiya görə əməkhaqqımın 3 misli qədər əlavə pul ödənilmir”.

Digər bir problem isə Neftçala rayon Bankə qəsəbə sakini Bayramov İslam Paşa oğlu ilə bağlıdır. O 2009-cu ildə Bakı şəhərində mədə qida borusunun xərcəngindən əməliyyat olunur və ona onkoloji xəstə kimi II qrup əlillik dərəcəsi müəyyən edilir. 2020-ci il dekabr ayının 24-də əlillik dərəcəsinin yenidən müəyyənləşdirilməsi üçün Onkologiya Mərkəzinin müayinə sənədlərini Neftçala rayon Mərkəzi Xəstəxanasınatəqdim edir. Baş həkim Quliyev Elman Mətləb oğlunun iştirakı ilə sənədlər xəstəxananın onkoloq həkimi Könül xanıma təqdim olunur.  Müayinə sənədlərinin sistemə daxil edilmədiyindən II qrup əlili İ.Bayramov vaxtında təqaüdünü ala bilmir. Nəhayət fevral ayında sistemə daxil edilən sənədlər düzgün tərtib edilmədiyindən  bu günə qədər vətəndaş təqaüd ala bilmir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161785

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930