Bizi Qarabağa aparan YOL: Bu yolu çəkən kimdir, kəsən kim?

19.03.2021 - 08:39

Əziz oxucu! Bir az toxta, dur! Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda bir dövlət qurumu, bir məmurı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi məmuru müdafiə edən yazıya imza qoyur?
Səmimiyyətimə inananlar üçün yazıram: Mən bu yazını qələmə almağı özümün vicdan borcum saydım və birnəfəsə yazdığımdan heç nə yazacağımı da bilmirəm, əvvəlcədən “belə başlayım, belə yekunlaşdırım” kimi planlar da qurmadım. Halbuki yazdığım əksər yazılar məhz “belə başlayım, belə yekunlaşdırım” planlaşdımasının məhsulu olurdu….
Yazmağa məcburam! Bunu mənə yazının qəhrəmanlarına qarşı atılan daşlar və bu daş zərbələrinin məqsədi “təhrik edib”. Hələliksə yadda saxlayacağımız bir neçə məqam.
Birinci məqam: Son dövr ölkə mediasına diqqət edin. Ən çox tənqid olunan dövlət qurumu “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və onun sədri Saleh Məmmədovdur.
İkinci məqam: “Fakt kəşfçiləri”nin yadına bu qurumda çalışan Cəmil Rüstəmxanlı da düşüb və bütün “araşdırmalarında” mövzunu bu şəxsin üzərinə gətirirlər.
Üçüncü məqam: Sözügedən mövzu ətrafında elə media qurumları və şəxslər toplanıb ki, bu səfərbərliyin bir nöqtədən idarə olunduğu açıq aydın görünür.
Elə isə nə baş verir?
Bu suala cavabdan öncə isə əldə alət olanlardan biri Əliheydər Əliyivin kimliyinə diqqət edək. Bu şəxslə bağlı hələ ilyarım öncə hüquq-mühafizə orqanlarına müraciət olunub və səbəb onun şikayətlərinin əsassız və böhtan xarakterli olması olub. Əliheydər Əliyevin müraciətləri əsasında müxtəlif dövlət qurumları tərəfindən aparılmış araşdırmalar zamanı ərizələrdə qeyd olunanların həqiqətə uyğun olmaması, tikinti materiallarının daşınmasının dəyərinin tam ödənildiyi müəyyən edilib və bu barədə Əliheydər Əliyevə rəsmi cavablar verilib.
Həmçinin qeyd edilir ki, Əliheydər Əliyev notarial qaydada təsdiq etdirdiyi 30 dekabr 2016-cı il tarixli ərizəsində AAYDA-ya (red. o zaman “Azəryolservis” ASC) və “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin vəzifəli şəxslərinə heç bir pul iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirib. Bununla belə, Əliheydər Əliyev öz qanunsuz əməllərindən əl çəkməyək müxtəlif dövlət orqanlarına, media qurumlarına yenə də həqiqətə uyğun olmayan, əsassız və böhtan xarakterli müraciətlər ünvanlamaqda, müntəzəm olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, həmçinin agentliyin “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbərliyini şantaj etməkdə, hədə-qorxu gəlməkdə davam edir, şər və yalan dolu hərəkətləri ilə pul tələb edir. Bütün bunlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işgüzar nüfuzuna xələl gətirdiyi üçün qeyd olunanlarla bağlı Əliheydər Əliyev barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. İndi imzası ilə təsdiq etdiyi sözündən qaçan şəxsi silaha çevirib böhtan atəşi yağdırırlar.
Etiraf edək ki, Azərbaycanda yol infrastrukturu bütün digər sahələrlə müqayisədə daha qüsursuzdur. Düzdür Azərbaycanda yol probleminin tam həll olunduğunu iddia etmək olmaz, amma rabitə, səhiyyə, təhsil, sosial təminat və digər sahələrlə müqayisədə bu sistem ortaya real iş qoyub və bu iş hər bir Azərbaycan vətəndaşının həyatına müsbət təsir edir. Amma göründüyü kimi, hədəfə alınan da nədənsə elə bu istiqamətdir. Özü də bilirsizmi, bu proses nə vaxtdan aktiv xarakter alıb? Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ ərazisində yol çəkilişinə başlayandan bəri. Bəli! Zamana diqqət edin və bunun belə olduğunu görəcəksiz. Bu yazının müəllifi II Qarabağ savaşında iştirak edərkən sözü gedən qurumun nümayəndələrinin azad olunan ərazilərdə dərhal yolların düzəldilməsi və arxa cəbhə ilə əlaqənin yaxşılaşdırılması üçün çəkdikləri əziyyətin şahidi olub. Bu haqqı danmaq olmaz! Bu gün də Şuşaya, Xocavəndə, Zəngiləna çətin hava şəratində və coğrafi relyefdə yol çəkildiyi faktdır. Bunu da danmaq Allahsızlıqdır! Allahsızlıq həm də ölkənin bu qədər vacib problemlərini görməzdən gəlib Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini hədəf almaqdır. Biz nə qurumun məbəd olduğunu, nə də Saleh Məmmədovun günahsızlıq simvolu olduğunu iddia etmirik. Amma bu qədər media və ictimai təşkilatın bu qədər qəzəblə hədəf seçilməsinin səbəbi və məqsədi həqiqəti aşkarlamaq deyil. Kimlərsə Qarabağda döyüşlə alınan torpaqlarımızın tikinti quruculuqla bizimkiləşdirilməsindən qıcıq olub və bir yerlərdən düyməyə basılıb. Təəssüf ki, bəzi soydaşlarımız da buna alət olub.
… Və bu adamların da yadına yeri gəldi, gəlmədi Cəmil Rüstəmxanlı düşür. Niyə axı? C.Rüstəmxanlının bu qurumda vəzifəsi və görəvi nə dərəcədədir ki, bütün iddia olunan problemləri bu gənc kadrın üzərinə gətirirlər? Cavabı bir başqa olayın müqayisəsində axtaraq. Türkiyədəki, Ergenekon olayları yadınızdamı? O zaman qardaş ölkə mediası o qədər uzağa getmişdi ki, Sabir Rüstəmxanlının kiçik qızını az qala terrorçu kimi qələmə vermişdi. Məqsəd Türk Dünyasında hər zaman milli güvən nöqtələrində biri olan Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlı şəxsiyyətinə zərbə vurmaq idi. Bu gün də yenə eyni qüvvələr, eyni əməllə iş başında. Vətəndaş Həmrəyliyi, milli birliklə Zəfər qazanan Azərbaycanın siyasi həmrəyliyi kimlərisə narahat edir və bu narahatçılıqlarını insanları övladları ilə hədəfə gətirməklə belə ifadə edirlər. Yoxsa gənc yaşında mütəxəssis kimi özünü təsdiqləyən Cəmil Rüstəmxanlı bunların yadına niyə düşsün ki?
… Ortada bir YOL var… Şuşaya, Ağdama, Zəngilana gedən yol və bizim sonralar rahat şəkildə maşınla şütüyəcəyimiz bu yolu bu gün min bir əziyyətlə çəkənlər… YOLUNUZA UĞUR…Da. atan günahın anlayacaq…
Nəsimi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161787

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930