Prorektor oğlu, “Akula Akif”in şəriki olmuş Mərhəmət Bəşirova ağır cəza kəsildi: 11 il

31.03.2021 - 13:52

“Mars-M” firmasının rəhbəri, Texniki Universitetinin prorektoru Bəşir Bəşirovun oğlu Mərhəmət Bəşirova ağır cəza verilib. Mərhəmət Bəşirov bir zamanlar Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda “İnterpol” xətti ilə axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevin şəriki idi.

Musavat.com xəbər verir ki, Mərhəmət Bəşirov Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinib.

Onun barəsindəki cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə araşdırmasının sonunda hökm elan edilib. Hökmə əsasən, Mərhəmət Bəşirov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Mərhəmət Bəşirova kim idi və nəyə görə həbs edilmişdi?

“Mars-M” firmasının sahibi olan Mərhəmət Bəşirov uzun illər bizneslə məşğul olub. Onun həbsinin kökü “MTN işi”nə bağlanır. Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra bu firma ətrafında da qalmaqallı proseslər başladı.

Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda “İnterpol” xətti ilə axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevin “Mars-M” şirkətinə qarşı iddiası ilə məhkəmə çəkişmələri başladı. Akif Mustafayevin “Mars-M” firmasına qarşı iddiası təmin edilmişdi.

Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb, çatdırmaqdan ibarət olub.

Akif Mustafayevin sxeminə əsasən, MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyib və həbs edirdi. Bu zaman “Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirirmiş.

Lakin proses bununla da yekunlaşmırdı. “Akula” MTN-dən “xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün “krışalıq” edir və onların biznesinə 25-30 faiz payla şərik olurmuş. Onun “Mars-M” şirkətində 25 faizlik paya hansı şərtlər daxilində sahib olduğu bilinmir. Belə məlumatlar var ki, Akif Mustafayev “Mars-M” şirkətinin təsisçiləri olan Bəşirov qardaşlarının qaynıdır. Hazırda qardaşlardan Mərhəmət Bəşirov həbsdədir. Arif Bəşirov isə dünyasını dəyişib. Akif Mustafayevin adından Səbayel Məhkəməsinə sübut kimi təqdim edilən, onun “Mars-M” şirkətinin 25 faizlik payını almasına dair kağızda isə Arif Bəşirovun adı var. Həmin kağıza görə Arif Bəşirov şirkətin 25 faizini Akif Mustafayevə 7 milyon 500 min dollara satıb.

Mərhəmət Bəşirovu həbsə aparan məsələ haqda da maraqlı məlumatlar var.

“Mars-M” şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi “Yasmin” biznes mərkəzi bu gün də məhkəmələrdə mübahisə obyektidir. Belə ki, bina inşa olunandan sonra Mərhəmət Bəşirov oradakı mağazaları 22 nəfər iş adamından ümumilikdə 17 milyon dollar almaqla onlara satıb. İş adamları orada mağazaları özlərinin bizneslərinə uyğunlaşdırıb işə başlayandan bir qədər sonra məlum olub ki, Mərhəmət Bəşirov ümumilikdə ticarət mərkəzini “Xalq Bank”a girov qoymaqla külli miqdarda pul götürüb və pulu banka qaytarmayıb. Bank məhkəməyə müraciət etməklə kreditin təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği ilə əvəzləşdirilməsini istəyib. Məhkəmə iddianı təmin edib. İş adamları da Mərhəmət Bəşirovdan şikayətçi olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161830

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930