Bu şəxslərə ŞAD XƏBƏR: 2024-cü ilə kimi PULSUZ OLACAQ

01.04.2021 - 11:42
Bu şəxslərə ŞAD XƏBƏR: 2024-cü ilə kimi PULSUZ OLACAQ

Pensiyaçılar və işsiz vətəndaşlar 2024-cü ilə kimi icbari tibbi sığorta zərfindən pulsuz istifadə edəcəklər.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta zərfində “chek up” müayinələr nəzərdə tutulmayıb: “Yalnız səhhətində müəyyən problemlər hiss edildikdə ailə həkiminə müraciət etmək olar. Ailə həkimi həmin insanı müayinə, müalicə edə bilər. Ailə həkimi eyni zamanda, ehtiyac duyulan laborator, diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi verə, dar ixtisaslı həkimə yönləndirə bilər”.

Xatırladaq ki, bu gündən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=161870

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728