“21-ci yüzil epidemiyalar əsri olacaq” – Tanınmış professor

03.04.2021 - 13:27
“21-ci yüzil epidemiyalar əsri olacaq” - Tanınmış professor
“Virusun bu şəkildə yayılması və yüksək patogenliyi onun süni yaradılması qənaətini gücləndirir”
Koronavirusun Çinin Uhan şəhər laboratoriyasından yayılması haqda iddialar hələ də öz aktuallığını saxlayır. Bəzi versiyalara görə, virus süni yaradılıbsa, bəşəriyyətin onunla mübarizə aparması çətin olacaq.
Amerikalı alim, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) keçmiş rəhbəri Robert Redfield CNN-ə müsahibəsində deyib ki, COVID-19 Uhan şəhərindəki Virusoloji İnstitutunun laboratoriyasında yaradılıb. Mən koronavirusun hansısa şəkildə yarasadan insana keçdiyinə və dərhal insanlıq tarixində ən yoluxucu varlığa çevrildiyi versiyasına inanmıram. Adətən bir patogen zoonozdan insana keçdikdə onun daha təsirli olması üçün vaxt lazımdır. Mən də bu patologiyanın ən çox Uhan laboratoriyasından yayıldığı qənaətindəyəm. Lakin bu, məqsədli olmayıb”.
Bəs görəsən, virusun yüksək patogenliyi onun süni yaradılması iləmi bağlıdır? Yəni təbii olsaydı, az qorxulu olacaqdımı?
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Virusun təbii və ya süni olması ilə bağlı versiyalar çoxdur. Əlbəttə, virusun bu şəkildə yayılması, kəskin olması daha çox onun laboratoriyada yaradılması qənaətinə gəlməyə əsas verir. Amma deyilənlərin hamısı sübuta yetirilməlidir. Danışıqla, sözlə bu məhkəmə predmeti ola bilməz. Bunun hüquqi müstəvidə öz həllini tapması üçün mütləq sübuta yetirilməlidir. Amma mən də düşünürəm ki, bu məqsədli şəkildə laboratoriyada yaradılmayıb. Amma yaradılsa belə, daha çox burda sızma ola bilər. Çünki virusla işləyəndə həmişə təhlükə qalır. Gələcəkdə, post-COVID dövründə beynəlxalq təşkilatlar tərəfindən bu məsələlər detallı şəkildə araşdırılacaq. Lazımi tədbirlər də görüləcək. Ümumiyyətlə, COVID pandemiyası bizə çox şeyi öyrətdi. Birinci növbədə gələcəkdə virusologiya, genetika, immunologiya və sairə bu kimi elmlərin yüksək səviyyədə kapital qoyuluşunu təmin etmək üçün yəqin ki, müvafiq işlər görüləcək. Bu sahələr inkişaf etdirilməlidir. 21-ci əsr virus əsridir. Bu əsrdə pandemiyaların çox olması, epidemiyalar gözlənilir. Ona görə də biz bu faktorları nəzərə almalıyıq”.
İnfeksionist-hepatoloq Mərdan Əliyev də qəzetimizə öz fikirlərini bildirib: “Açığı, mən süni yaradıldığına inanmıram. Son vaxtlar araşdırılma da aparıldı, məlum oldu ki, virus süni şəkildə yaradılmayıb. Təbii formada yayılması da tam olaraq araşdırılmayıb.  Amma mən təbii olduğuna daha çox inanıram. Niyə? Çünki hər 30, 40, 100 ildən bir daha güclü epidemiyalar, pandemiyalar baş verir. Amma 20-30 ildən bir xırda epidemiyalar da olub. Məsələn, 1918-ci ildə ispan qripi oldu, o da çox sürətlə yayıldı, patogenliyi yüksək idi, insanları öldürürdü. Vəba, taun epidemiyası olub. Koronavirus da ola bilsin ki, onlardan biridir. Təbii şəkildə pandemiyanın olması mümkündür”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun mənşəyini araşdıran mütəxəssisləri COVID-19-un laboratoriya mənşəli olması və oradan sızması versiyasının həqiqətə uyğun olduğunu qəbul etməyiblər. Bu barədə Uhanda Çinin ÜST-ün missiyası ilə işləmiş mütəxəssislər qrupunun rəhbəri Lyan Vannyan bildirib. Bununla belə, alim qeyd edib ki, əgər ortaya yeni sübutlar çıxsa, bu versiyanı yenidən nəzərdən keçirə bilərlər.
Vannyan qeyd edib ki, rəsmi hesabat hələ dərc edilməyib, amma bu, mütəxəssislər arasında fikir ayrılıqlarının olması ilə bağlı deyil: “Biz yüksək səviyyəli, ətraflı, dəqiq və elmi hesabatı təqdim etmək istəyirik, buna görə də proses bir müddət vaxt aparacaq”, – qrupun rəhbəri əlavə edib.
Yada salaq ki, Çin hakimiyyəti 2019-cu ilin 31 dekabrında Uhan şəhərində pnevmaniyanın yayılması haqqında bildirib. 2020-ci ilin 11 martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusu pandemiya elan edib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161943

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930