Bakıda bu bağçalar işləmir – İKİ FƏRQLİ QƏRAR

05.04.2021 - 10:11

Bakıda bu bağçalar işləmir - İKİ FƏRQLİ QƏRAR

 

Bakıda yerləşən və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalar fəaliyyət göstərmir.

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı qərar verilmişdi.

Bildirilirdi ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanacaq. Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləmişdi.

Lakin sonradan təhsil naziri Emin Əmrullayev canlı yayında bağçaların bağlanmayacağını açıqladı. Bildirdi ki, qərar ləğv olunub.

Bu iki fərqli qərar aprelin 3-də elan olunsa da dolğun izah verilmədi.

Bu gün isə bir çox valideynlərə məlum olub ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalar işləmir.

“Təhsil nazirinin dedikləri bizim bağçalara aid deyil. Nazir açıqlama verəndən sonra Bakı Şəhər İcra Hakimiyyətindən bizə bildirildi ki, nazir dedikləri bu bağçalara aid deyil”, – deyə həmin bağçalardan bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161982

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930