Bu rayonda 6 müəllim və 11 şagird koronavirusa yoluxdu – Bir məktəb bağlandı

Samux rayonundakı məktəblərdə aprel ayı ərzində 17 nəfərdə koronavirus aşkar olunub.
6 müəllim və 11 şagirdin sözügedən infeksiyaya yoluxması müəyyən olunub.
İnfeksiyaya yoluxan şagirdlər əsasən 5-9 cu sinif şagirdləridir. Sərhəddin Əliyev adına 2 nömrəli orta məktəbin fəaliyyəti isə dayandırılıb. Orta tədris müəssisəsində 14 günıük karantin tətbiq edilib, sözügedən məktəbin şagirdləri distant təhsilə cəlb olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=162111