Yaxın 4-5 il ərzində Qarabağda… – Umayra Tağıyeva AÇIQLADI

13.04.2021 - 12:09

 

Yaxın 4-5 il ərzində Qarabağda... - Umayra Tağıyeva AÇIQLADI

Qarabağ ərazisində yerləşən çaylarda hidroloji müşahidə şəbəkəsi bərpa olunacaq.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi media tur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, işğaldan əvvəl Qarabağda su obyektlərində 17 məntəqədən ibarət və 100 illik tarixə malik olan müşahidə şəbəkəsi fəaliyyət göstərib:

“Qarabağın sıx çay şəbəkəsi mövcuddur. Bu çayların Qarabağın və ölkənin digər rayonlarının kənd təsərrüfatı kompleksi üçün böyük əhəmiyyəti var. Yaxın 4-5 il ərzində Qarabağda 13 məntəqədə müasir avtomatlaşdırılmış hidroloji stansiyanın tətbiqi planlaşdırılır.

Stansiyalar Tərtərçay, Xaçinçay, Qarqarçay, Levçay, Köndələnçay, Zabuxçay, Bərgüşadçay, Oxçuçay, Bəsitçay və Araz çayında quraşdırılacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=162252

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728