Bunu etsəniz, 40 manat cərimələnəcəksiniz – Əhaliyə XƏBƏRDARLIQ OLUNDU

15.04.2021 - 13:05

 

Bunu etsəniz, 40 manat cərimələnəcəksiniz - Əhaliyə XƏBƏRDARLIQ OLUNDU

 

Dayanma və durmanı qadağan edən nişanın tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı yeni qaydalar sürücülər arasında anlaşılmazlıq yaradıb.

Yeni qaydalardan səthi məlumatı olan sürücülərin çoxu bunu səhv başa düşüblər.

Sürücülər elə zənn edirlər ki, yeni qaydaya əsəsan gün boyu şəhər ərazisində dayanma və durmanı nə qədər pozsalar da, cəmi bir dəfə cərimə olunacaqlar. Amma bu belə deyil.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, sürücülər mümkün qədər dayanma və durma qaydasını pozmamalıdırlar. Qaydalara əməl etmədikdə bu, yollarda sıxlığa səbəb olur. Dayanma və durmanın tələbini eyni yerdə pozan sürücülər yalnız bir dəfə cərimə tətbiq ediləcək.

Araz Əsgərlinin sözlərinə görə, avtobusların dayanacağında avtomobilini park edən sürücülər 40 manat cərimə olunur. Yol polis əməkdaşı onu da bildirdi ki, avtobus dayanacağını zəbt edən avtomobil cərimə olunmaqla bərabər, sərnişin və avtobuslara maneə olduğundan ərazidən mütləq qaydada evakuasiya edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162322

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31