Sərt karantin tətbiq olunacaq? – Millət vəkilindən AÇIQLAMA

16.04.2021 - 10:13

Bu gün karantin qaydalarının normal icra olunması və yüksək səviyyədə aparılan peyvənd proqramı ümid yaradır ki, biz epidemioloji vəziyyəti nəzarətdə saxlayaraq, xüsusi sərtləşməyə və ya qapanmalara getməyək.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.

O bildirib ki, xəstəxanalardakı çarpayı ehtiyatı da qapanmalara gedilməməsinə şərait yaradır:

“Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, reanimasiyalarda çarpayı fondunun 60-70 faizi dolarsa, müəyyən tədbirlər görülməlidir. Bizdə isə həm stasionar, həm də reanimasiyalarımızdakı çarpayı fondumuzda kifayət qədər yer var.

Azərbaycanda digər ölkələrlə müqayisədə epidemioloji vəziyyət idarə olunur. Hesab edirəm ki, bu, bizi ciddi qapanmalara getməyə vadar etməyəcək. Buna baxmayaraq, narahat olmağa hər zaman əsas var. Reanimasiyaya ehtiyacı olan xəstələrin sayı artdığı halda müəyyən sərtləşmə qaydalarına getmək məcburi olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=162355

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930