Bağçalarda 2 milyonluq yeyinti iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

16.04.2021 - 18:12

 

Bağçalarda 2 milyonluq yeyinti iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

 

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri İdarəsi 2 milyonluq yeyinti məsələsi ilə bağlı açıqlama verib.

Qurumdan  verilən məlumatda bildirilib ki, sözgedən məsələ 8 ay bundan əvvəl Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrindən gedir:

“Hesablama Palatasının audit hesabatında söhbət yeyintidən və ya mənimsənilmə faktından deyil, görülən işlərin mal-material uçotunda düzgün əks etdirilməməsindən gedir. Belə ki, Hesablama Palatasının hesabatında da qeyd edildiyi kimi söhbət qeyd edilən ərzaq və geyimlərin alınmaması faktından deyil, menyuda nəzərdə tutulandan fərqli ərzaq növlərinin (sümüksüz mal əti və s.), həmçinin müəssisə daxili uniformaların alışından gedir.

Bu məsələləri 2 milyonluq yeyinti kimi təqdim etmək görünür kiməsə lazımdır. Aktda qeyd olunan digər məsələlərlə bağlı təsdiqini tapmış bəzi məbləğlərin icraçı şirkətlər tərəfindən dövlət büdcəsinə bərpası tam təmin edilimişdir. Bəzi mətbuat orqanlarında məlumatların yoxlanılmadan tirajlanması əvəzinə dəqiqləşdirilərək verilməsi fikrimizcə peşəkarlıq baxımından daha məqsədəuyğun olardı”.

Short URL: http://www.cumhuriyyet.net/?p=162368

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728