AAK media rəhbərlərini medalla təltif etdi – FOTOLAR

17.04.2021 - 17:49

 

AAK media rəhbərlərini medalla təltif etdi - FOTOLAR

 

Ötən ilin 22 iyul Milli Mətbuat günü ərəfəsində diaspora fəaliyyətinə dəstək verdiyi üçün Avropa Azərbaycanlıları Konqresi tərəfindən təltif olunan bir qrup ictimai xadimin və jurnalistin mükafatlandırılma mərasimi keçirilib.

Avropa Azərbaycanlılar Konresininin (AAK) prezidenti Sahil Qasımov mükafatları sahiblərinə təqdim etmək üçün Bakıya gəlib.

Mərasimdə çıxış edən Sahil Qasımov Avropa Azərbaycanlılar Konresininin fəaliyyətinə dəstək verdiyi üçün təltif olunanlara təşəkkür edib.

Daha sonra Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı, AAK-ın vitse-prezidenti İlham İsmayılov və Azərbaycan Kərkük Mədəniyyət Mərkəzinin sədri Məlahət Qurbanova ölkədən kənarda Azərbaycan həqiqətlərinin təbliğindəki işlərinə və uğurlu ictimai fəaliyyətlərinə görə, həmçinin KİV rəhbərləri – Mirşahin Ağayev, Rauf Arifoğlu, Vasif Həsənli, Aynur Camal, Aqil Ələsgər, Toğrul Allahverdilyə “Xatirə medalı” ilə təqdim edilib.

Tədbirdə çıxış edən təltif olunanlar fəaliyyətlərinə verdikləri qiymətə görə AAK-ın prezidenti Sahil Qasımova və AAK ailəsinə təşəkkür ediblər.

Qeyd edək ki, dünyada hökm sürən pandemiya ilə əlaqədər mükafatlar jurnalistlərə təqdim edilməmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162427

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930