Erməni qadın mahnımızı Azərbaycan dilində ifa etdi – VİDEO

19.04.2021 - 10:27
Erməni qadın mahnımızı Azərbaycan dilində ifa etdi - VİDEO
Gürcüstanın Dmanisi rayonunda erməni əsilli Lüba Avdalyan Azərbaycan mahnısını Azərbaycan dilində ifa edib.
Bu barədə AzTV-də süjet yayımlanıb.
Dmanisidə yaşayan 35 min nəfərin 22 mini azərbaycanlılardır. Milli tərkibinə görə seçilən rayonda azərbaycanlılarla bərabər ermənilər, özbəklər, ruslar və digər millətlərin nümayəndələri yaşayırlar.
Belə ki, burada yaşayan ermənilər azərbaycanlılarla birlikdə yaşadıqlarını, birlikdə təhsil aldıqlarını və heç bir problem yaşamadıqlarını deyirlər.
Burada yaşayan Lüba Avdalyan deyir ki, azərbaycanlıların yanında böyüyüb:
“Atam burada işləyirdi. Babam yetim olub və azərbaycanlıların içərisində yaşayıb. Bizim ailəmizə gürcülər, ruslar gəlirdilər, amma azərbaycanlılar daha çox gəlirdilər. Mən azərbaycanlıları çox sevirəm”.
Həmin videogörüntüləri təqdim edirik:

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162460

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930