Polis iftar mərasimini yarımçıq dayandırdı  – Fotolar

24.04.2021 - 13:37

Ağstafa rayonunda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan  verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları rayonun Poylu kəndində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər.

Polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bundan başqa RPŞ-nin Köçvəlli Polis Bölməsinin əməkdaşları inzibati ərazidə karantin qaydalarına zidd olaraq, 20-yə yaxın vətəndaşın iftar mərasimi təşkil edilməsini də aşkarlayıb. Polis əməkdaşları tərəfindən həmin vətəndaşlar ilə profilaktiki söhbətlər aparılıb, onlara pandemiya qaydaları bir daha xatırladılıb.

Polis iftar mərasimini yarımçıq dayandırdı   - Fotolar
Polis iftar mərasimini yarımçıq dayandırdı   - Fotolar

Short URL: http://www.cumhuriyyet.net/?p=162702

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728