Azərbaycanda daha bir yüksək vəzifəli şəxs vəfat etdi – FOTO

27.04.2021 - 10:47

 

Azərbaycanda daha bir yüksək vəzifəli şəxs vəfat etdi - FOTO

 

“Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycanın Əməkdar mühəndisi Knyaz Hacıyev vəfat edib.

K.Hacıyev 68 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Hacıyev Knyaz Mehdi oğlu 1953-cü ilin oktyabrın 10-da Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. O, 1970–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb, 1975-ci ildə həmin institutun tam kursunu bitirərək inşaatçı-mühəndis peşəsinə yiyələnib.

Prezident İlham Əliyevin imzaladığı 10 aprel 2014-cü il tarixli sərəncamı ilə Azərbaycanda tikinti kompleksinin inkişafında xidmətlərinə görə K.Hacıyevə “Əməkdar mühəndis” fəxri adı verilib. O, həmçinin “Tərəqqi” medalı ilə təltif edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162789

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31