Sevgi Ünvanı

05.05.2021 - 12:08

Bu tale hər bir insana qismət olmur… Bu Tanrı tərəfindən verlimiş, bəlkə də xüsusi bir imtiyazdır. Seçilmiş, kamil və şəxsiyyət baxımından bütöv insanların həyat yolu, həyat fəlsəfəsi məhz belə olur. Kamil insan hamıdan xəbərsiz kənarda dayanaraq göstərdiyi mərhəmətin, yaxşıllığın bəxş etdiyi xoşbəxtliyini seyr edir. Tanrıya addım-addım, pillə-pillə yaxınlaşır. Mərhəməti və əxlaqı üzərində sanki Tanrını görür, onunla söhbətləşir.
Onun adı, soyadı, rəhbəri olduğu şirkəti bir çox ölkələrdən böyük! Onun adı çəkiləndə başımızı qürürla yuxarı qaldırırıq, çünki Vətənə zərrə qədər olsun ziyanı dəyməyib. Əksinə, fəaliyyətində övlad olaraq Azərbaycan adına şərəf gətirib, Vətən sevdalısı olub! Azərbaycan adını öz adı və andı bilib, adına və andına sadiq, Vətəni üçün MÜBARİZ və şərəfli bir əsgər olub.
Söhbət nəcib keyfiyyətləri ilə insalığı riqqətə gətirən milyonların sevimlisi məşhur və böyük azərbaycanlı Mübariz Mənsimovdan gedir.
İnsan nə qədər qayğıkeş olmalıdır ki, səninlə ilk tanışlığında, ilk təmasdan, ilk dəqiqədən, hətta sosial şəbəkədə virtual yazışmadan sənə həyan olsun, dərdini öz dərdi, sevincini öz sevinci bilsin. Cənab Mübariz Mənsimov da təkcə dost-tanış, yaxın-uzaq qohum – əqrəba, iş yoldaşları deyil, onun xeyirxahlığından, alicənablığından xəbər tutub ona sığınan hamı ilə qayğılanır. Onun dostları sırasında dənizçidən, sürücüdən tutmuş generala, akademikəcən vardır. Yüksək təşkilatçılıq məharəti ilə iş quraraq neçə-neçə ailə başçısının əlini çörəyə çatdırmışdır. Məhz könlünün zənginliyi və əməlləri ilə dostlar, tanışlar, işçilər və digər insanlar arasında böyük nüfuza yiyələnmişdir. Çünki o, mərhəmətin deyil, mərhəmət onun sahibidir.
Mübariz Mənsimovu yalnız sifariş etdiyi gəmilərinə Azərbaycanın siyasi, dövlət, ictimai, elm, mədəniyyət, ədəbiyyat, təhsil sahəsində xidmət göstərmiş şəxslərin və Vətən uğrundə şəhid olmuş Mübariz İbrahimov kimi igidlərimizin adlarını verməsinə görə dəyərləndirmək doğru olmaz.Mübariz Mənsimovun alicənablığından, xeyirxahlığından çoxları faydalanıb. Qardaş Türkiyədə yaşayıb fəaliyyət göstərsə də, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olan bu gözəl ziyalı doğma Vətəninin tərəqqisi üçün, elin abadlığı, xalqın firavanlığı, gənclərimizin təhsilə yiyələnməsi, gələcəyimiz olan uşaqların xoşbəxt böyüməsi naminə əlindən gələni əsirgəməyib. Ona pənah gətirənləri ümidsiz qaytarmamaqla alqışlarını, minnətdarlıqlarını qazanıb. Təriflənməsini özü təqdir etməsə də, qətiyyən pərəstiş obyektinə çevrilmək istəməsə də, uğurlu iş adamı kimi həmişə diqqət mərkəzində olduğundan, onun haqqında əlçatan mənbələrdə kifayət qədər məlumatlar vardır. İstər biznesdə qazandığı uğurlardan, istərsə də xeyirxahlığından, saleh əməllərindən çox deyilib, çox yazılıb. Onları bir-bir sadalamaq fikrindən uzağam. Bildiyim odur ki, zəhməti ilə ucalan, şöhrəti dünyaya yayılan səxavətli soydaşımız Mübariz Mənsimov Həzrəti Əli (ə.s) “Sağ əlin verdiyini sol əl bilməməlidir” kəlamına uyğun olaraq özü barəsində belə təqdiredici informasiyaların yayılmasını heç vaxt stimullaşdırmayıb, insanlar ona olan minnətdarlıq hisslərini, səmimi fikirlərini ifadə etmək üçün yüksək tribuna axtarıblar. Sözsüz ki, ona bəslənilən ümidləri yorulmadan qidalandırmağı, daim doğrultmağı bacaran Mübariz müəllimin ictimaiyyətə bəlli olmayan xeyirxah işləri daha çoxdur. Xalq bilməsə də, Tanrı görür.
Mübariz Mənsimov biznesi idarə edərkən qoyulmuş məqsədlərə nailolma yollarını və üsullarını düzgün müəyyən etməyi; müxtəlif növ risklərə qarşı vaxtında mübarizə tədbirləri görməyi; biznesin gəlirliyini yüksəltmək məqsədilə xərcləri effektiv planlaşdırmağı; reklam işini düzgün təşkil etməyi; məhsulun və xidmətin maya dəyərini aşağı salmağın yollarını tapmağı bacarır. Sahibkarlıq fəaliyyətində rəhbərliyi altında çalışan işçilərin qayğısına qalır, tələbkarlıq göstərməklə yanaşı, onların hər birinin problemlərini həll etməyə çalışır və buna nail olur. “Palmali” Şirkətlər Qrupu Azərbaycandakı tərəf müqabilləri ilə qarşılıqlı faydalı əməkdaşlıq etməklə, dövlətimizin büdcəsinin zənginləşməsinə, milli müstəqil iqtisadiyyatımızın formalaşmasına əhəmiyyətli töhfələr verməyi heç kəsə sirr deyil. Maliyyə aktivləri milyardlarla ölçülən, on minlərlə insana iş verən, halal ruzi qazandıran transmilli şirkətin prezidenti Mübariz Mənsimov azərbaycanlıların məşğulluğunun təminatı üçün də əlindən gələni əsirgəmir. Özünün dediyi kimi, “Palmali” şirkətlər Qrupuna daxil olan və Azərbaycanda fəaliyyət göstərən “Pal Süd Dağıtım” MMC-dən, fəxri prezidenti olduğu “Xəzər Lənkəran” futbol klubundan şəxsən özünə gəlir məqsədi güdməyib, əksinə, Türkiyədə qazandıqlarını Azərbaycana gətirib.Mübariz Mənsimov vaxtaşırı olaraq özünün sosial şəbəkədəki hesablarında şirkətindəki vakant yerlər haqda məlumat verir və qürurla qeyd edir ki, gəmilərində çalışan işçilərinin əksəriyyəti həmvətənləri, Azərbaycan vətəndaşlarıdır:”Dəyərli dostlarım, bacılarım və qardaşlarım. Mənə hər zaman müraciət edirsiz. Hamısını tək-tək oxuyuram. Sizin ürək sızladan mesajlarınızı oxuyub, kömək edə bildiyim qədər yardım da etməyə çalışıram. İşsizlikdən, ailələrinizə baxa bilmədiyinizdən gileylənirsiniz. Bura gəmiçi şirkətidir. Mənim də sizə təklif edə biləcəyim işlər sırf bu sahəyə uyğundur…Maaşlarımız ailənizi saxlaya biləcək maaşlardır. Bizdən ofis işi gözləməyin, bu bir dənizçi şirkətidir. Bizim pulumuz dənizdən çıxır. Biz bəzi məmurlar kimi haram yolla pul qazanmır, dövlətin cibinə girmirik, xaricə pul qaçırtmırıq. Biz əziyyətlə, halallıqla qazanırıq və qazandığımızı yenə xalqımızın yolunda xərcləməkdən qürur duyuruq. Kaş ki, xaricdə yaşayan digər azərbaycanlı iş adamlarımız da öz həmvətənlərimizə kömək olaydılar…”
Beləliklə, Mübariz Mənsimov ciddi iş rejimində, mayası halallıqdan yoğrulan özəl qurum yaradır – “PALMALİ Şirkətlər Qrupu”!
Və prinsiplərini ədalət, şəffaflıq üzərində qurur. Amma təəssüf ki, ədalətsizlik ondan yan keçmir. Elə ədalət mühakiməsinin sonundaca ona inanlara, onu sevənlərə, dar gündə haqq səsini ucaldanlara üz tutub: “…İlk gündən deyirdim ki, günahsızam. Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm, olmamışam və heç vaxt olmayacam. Hər zaman sözümlə və əməlimlə dövlətimin yanında olmuşam və bundan sonra da olacam. Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil. Bu günə qədər dəstək məktubları, zəngləri, mesajları, ən kiçik işi ilə belə yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm”–dedi. Ağır, çətin günlərində hamını tanıdığını, sevgisini duyduğu, haqqa, ədalətə tapınan çoxsaylı insanları ətrafında gördüyünü, hiss etdiyini bildirdi, şər-böhtan, çamur atanları, satqınları və xəyanətkarları isə vicdan və əxlaqları ilə baş-başa buraxdı. Beləliklə, dogma xalqına, əzizlərinə, çox sevdiyi ata və anasına, çox darıxdığı “PALMALİ” ailəsinə qovuşdu… XX Üzləşdiyi ədalətsizlik, haqsızlıq Mübariz Məsimovu sındıra bilmədi, inam-ümidi tapdalansa belə dikəlməyi, yoluna davam etməyi bacardı. Çünki mayası halallıqla yoğrulan, şərəfi, ləyaqəti, zəhməti hər şeydən üstün tutan adamlar özlərində bu güç-qüvvəni tapa bilirlər…
Dünyanın hər yerində -kiçik biznes subyektindən topdagıtmaz sərvətə qədər imkanı olan azərbaycanlılar çoxdur. Var, olub və olacaq. Ad çəkmədən bilidirim ki, elə azərbaycanlı var, sərvəti bir ölkənin büdcəsindən böyük! Amma bir dəfə də olsun Vətəni ilə maraqlanmayıb, milli ruhu olmayıb. Ürək ağrısı ilə qeyd etmək olar ki, leksikonuna vətənimizin torpaqları işğal olunub, bir milyon qaçqınımız var ifadəsini gətirməyib. Mənsub oldugu xalqı üçün faydalı bir iş görməyib. Heç övladlarını da azərbaycanlı ruhunda tərbiyə etməyib. Sadəcə, yumuşaq desək, Vətən faciələrinə səssiz qalıb.
Amma Mübariz Mənsimov xalqı üçün yaşayıb , xalqı kimi düşünüb, xalqı üçün məhrumiyyət çəkib. Məhz bu sevginin bariz ifadəsi o oldu ki, qondarma ittihamlarla şərlənib həbsə atılanda hamı MÜBARİZ oldu! Ona Türkiyədə Vətən kimi baxdılar! Vətən həbs olundu dedilər! Beləliklə, orta statistik azərbaycanlı üçün Mənsimov təkcə Qurban kişinin deyil, həm də böyük çoxluq üçün şərəfli bir Azərbaycan övladına çevrildi. Onu haqlı olaraq sevdilər və sevirlər. Çünki bu qədirbilən insanın iddiası azərbaycançılıq məfkurəsini qorumaq boydadır.
Şəhid anasının nə problemin var sualına verdiyi cavab hamını şoka salmışdı:
Kədərdən az qala beli bükülən ağbirçək ananın sakitcə, pıçıltı ilə söylədiyi hər şey yaxşı, amma bircə istəyim var, oğlumun həbsdən çıxmasına yardım edin. Axı sizin oğlunuz həbsdə deyil. Xüsusi imtiyazdan imtina edən ağbirçək ananın Mübariz Mənsimov mənim böyük oğlumdur cavabı nə qədər kövrək olsa, bir o qədər qürurlu və dəhşətli anlar yaratmışdı. Bax, bunun adı eşq, eşq budur! Yolun aşıq olsun, böyük azərbaycanlı-şərəfli insan. Həqiqətə qarşı vuruşan həmişə məğlub olur, necə ki, oldu!
Cavid CABBAROV

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=163133

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31