14 il DTX-də işləmiş şəxs həbs edildi – BU ƏMƏLƏ GÖRƏ/VİDEO

24.05.2021 - 13:08

 

14 il DTX-də işləmiş şəxs həbs edildi – BU ƏMƏLƏ GÖRƏ/VİDEO

xxx

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli əməkdaşı kimi təqdim edən 1980-ci il təvəllüdlü, ali təhsilli Süleyman M. barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə S.M Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı məlum olub ki, Süleyman M. 2020-ci ilin avqust ayında Bakıxanov qəsəbəsində yerləşən parkdakı çay evində tanışı Emin V-ni Dövlət Təhlükəsizliyi Xidmətində gizir kimi işə düzəldəcəyini, və həmin şəxsin aylıq 1600 manat maaş alacağını bildirərək 15000 manat pul alıb.

Belə ki, işə düzəlmək istəyən Emin əvvəlcə Ədliyyə Nazirliyinə müraciət etsə də, onun yaşının 30-u keçməsi əsas gətirilərək mənfi cavab verilib. Bundan sonra o, Süleyman vasitəsilə işə düzəlməyə çalışıb. 2004-2018-ci illərdə DTX-da çalışan Süleyman isə yüksək vəzifəli şəxslərlə münasibətinin olmasını bildirərək 20000 manat qarşılığında bu işi həll edəcəyini, 6 ay ərzində Emini işə düzəldəcəyini bildirib.

Həmin müddətdə qarşı tərəfdən 15000 manat alan Süleyman verdiyi vədə əməl etməyib. O da bəlli olub ki, pulu alan şəxs artıq həmin qurumda çalışmır.

Short URL: http://www.cumhuriyyet.net/?p=163838

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31