Jurnalistikaya dair yeniliklərdə nələr var? – Agentlik sədri açıqladı

27.05.2021 - 18:41
Jurnalistikaya dair yeniliklərdə nələr var? – Agentlik sədri açıqladı
Medianın İnkişafı Agentliyi media subyektlərinin işinin təkmilləşdirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkilinə, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş bir sıra layihələr üzərində işləri artıq yekunlaşdırmaq üzrədir.
Bu barədə AZƏRTAC-a müsahibəsində agentliyin icraçı direktoru Əhməd İsmayılov bildirib.
Onun sözlərinə görə, qeyd olunan layihələrə dair ətraflı məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaq.
O bildirib ki, yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına şərait yaradacaq.
Həmçinin modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi istiqamətlərin, innovativ yanaşmaların həyata keçirilməsinə təkan verəcək.
“Biz Azərbaycan mediasında mövcud problemlərin xarakteri və məzmununun müəyyənləşdirilməsi məqsədilə təhlillər aparmış və onların aradan qaldırılmasının optimal həlli yolları üzərində işləmişik. Gəldiyimiz nəticələr və mövzuya dair ətraflı fikirlərimiz yaxın müddətdə media ictimaiyyətinə açıqlanacaq”, – deyə Ə.İsmayılov əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=163996

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31