Naxçıvan Qarnizonu Qoşunlarında toplantı keçirildi – VİDEO

05.06.2021 - 18:06

 

Naxçıvan Qarnizonu Qoşunlarında toplantı keçirildi - VİDEO

 

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib. Toplantıda əsas diqqət Naxçıvan Qarnizonun birləşmə və hissələrinin bölmələrində döyüş və döyüş hazırlığı üzrə məşğələ və təlimlərin vahid metodika üzrə keçirilməsində zabitlərin metodik hazırlıqlarının yüksəldilməsinə yönəldilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantı zamanı bölük və tabor taktiki qruplarının ərazidə fəaliyyəti, səfər, döyüşqabağı və döyüş düzülüşlərində hərəkəti, irəliləməsi və açılması mövzusunda müxtəlif variantlarda göstərici məşğələlər keçirilib.

Nümayiş, göstərici, taktiki-sıra və taktiki təlimlərdə komandirlərin və qərargahların bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsəsdilə praktiki fəaliyyətlərə daha çox diqqət ayrılıb.

Toplantının sonunda zabitlərin hərbi topoqrafiya, taktiki və fiziki hazırlıq üzrə bilik və bacarıq səviyyələri yoxlanılıb.

Toplantının yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq hər bir zabitə fərdi tapşırıqlar və növbəti məşğələlərə hazırlıq üzrə göstərişlər verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=164320

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31