“Oxuduğum “Ayətəl Kürsü”lər, nənəm Tutubəyimin cəddi onlara qənim olsun” – İşdən çıxarılan rektor

25.06.2021 - 15:44

 

"Oxuduğum "Ayətəl Kürsü"lər, nənəm Tutubəyimin cəddi onlara qənim olsun" - İşdən çıxarılan rektor

Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva haqqında yazılanlara münasibət bildirib.

Manset.az-a açıqlama verən N.Əliyeva onun haqqında yazanlara, danışanlara qarğış edib:

“Yazmağa mövzu tapmırlar. Bu dünyada yeganə mövzu Bakı Slavyan Universitetidir. Müharibədən çıxmış ölkəmiz gözəl günləri yaşayır. Bu gözəl günlərə özünü həsr eləmiş insanlar var. Canını bu torpaq uğrunda qurban verən qəhrəman oğullarımızdan yazsınlar.Mən artıq bu şeylərdən yorulmuşam. Ərizəmi də yazdım, indi məndən nə istəyirlər? Kim mənim haqqımda nə yazırsa, cavabını allahdan alsın. Həqiqəti yazmayanlar Nurlana xanım kimi ədalətsizliyə tuşlansınlar. Mənim haqqımda çox şey yazırlar nə olsun?Yazırlar ermənidir. Nurlana xanımın hər gün oxuduğu “Ayətəl Kürsü”lər, hər gün oxuduğu dualar onlara qənim olsun. Nurlana xanımın nənəsi Tutbəyimin, Hacı seyidin cəddi onlara qənim olsun.Allahdan alsınlar paylarını.Nurlana xanım peşəkarlıqla, vicdanla,insan kimi, ölkənin anası kimi işlədi. Mən peşəkar pedoqoji təhsil təşkilatçısı kimi çalışdım. Bundan artıq mənə heç nə lazım deyil.75 yaşım var, vicdanımın qarşısında rahat həyatımı sürürəm. Qurtardıq!”

Short URL: http://www.cumhuriyyet.net/?p=164539

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31