Nazirliyin gətirdiyi “London taksi”ləri niyə qarajlarda çürüyür? – VİDEO

30.06.2021 - 10:14

 

Nazirliyin gətirdiyi “London taksi”ləri niyə qarajlarda çürüyür? - VİDEO

 

Artıq bir neçə ildir ki, mütəmadi olaraq Bakıya gətirilən yüzlərlə “London taksi”si istifadəyə yararsız halda qarajlarda toplanır. Hətta bu avtomobillər qarajın ərazisinə yerləşməyib, yağışın, günün altında yollara səpələnib.

Bu barədə “ARB Xəbər” məlumat yayıb. Xəbərə görə, taksilər təkəri boşalmış, mühərriksiz və bir neçə hissəsi çıxarılmış halda qarajda çürüməkdədir.

Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev bildirib ki, pandemiya ilə əlaqədar taksi xidmətinə tələbat azalması səbəbindən bu avtomobillər qarajlarda qalıb.

Lakin taksi sürücüləri sözügedən avtomobillərin icarəsinin baha olduğu üçün onlardan imtina edildiyini bildiriblər. Sürücülər qiymətlərin sərfəli olduğu halda bu maşınlara da tələbatın artacağını deyirlər.

Daha ətraflı süjetdə:

Short URL: http://www.cumhuriyyet.net/?p=164686

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31