“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

30.06.2021 - 17:02

Bakcell “099” prefiksi ilə başlayan “xüsusi” və “eksklüziv” nömrələri istifadəyə verib. Məhdud sayda buraxılan bu nömrələr abunəçilərə “Klass 25” və “Klass 50” tarifləri ilə təklif olunur. İstifadəçilərini özəlliyi ilə fərqləndirəcək və yeni hədəflərə doğru addımlamağa kömək edəcək 099 prefiksli yeni nömrələr bu gündən etibarən satışdadır. Müştərilər arzuladıqları nömrəni nomre.bakcell.com səhifəsi vasitəsilə rezervasiya edə və ya “Bakcell”in istənilən müştəri xidməti mərkəzi və diler mağazasından ala bilərlər.

Qeyd edək ki, Bakcell yeni “099” mobil prefiksini ötən ilin əvvəlində təqdim edib. Yeni prefiks abunəçilərə xüsusi və fərdi nömrələr əldə etmək üçün daha geniş imkanlar verir.

“Abunəçilərimiz yeni 099 prefiksimizə böyük maraq göstərib. Buna görə də biz onlara fərqlənmək və ən üstün müştəri təcrübəsindən yararlanmaq üçün 099 prefiksli eksklüziv nömrə almaq imkanı yaratmışıq. Bu nömrələri beynəlxalq səviyyədə 3 il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adını qazanmış Bakcell şəbəkəsində istifadə etmək isə əlavə üstünlüklər qazandırır”, deyə “Bakcell”in baş icraçı direktoru Rainer Ratgeber bildirib.

Daha ətraflı məlumat üçün https://www.bakcell.com/az/099-prefix-exclusive-special səhifəsinə daxil olun.

Bakcell xidmət və şəbəkə keyfiyyətini müntəzəm qaydada təkmilləşdirməklə abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=164700

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31