Tağı Əhmədov belə istirahət edir… – 6140 MANAT VƏ… – FOTO

30.06.2021 - 18:56
Tağı Əhmədov belə istirahət edir... - 6140 MANAT VƏ... - FOTO
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
“Lent.az” saytı vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini təqdim edir.
Layihəmizdə bu dəfə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovdan bəhs edəcəyik.
Tağı Əhmədov 1948-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib. Texnika elmləri namizədidir.
1998-ci ildə Bakı Metropoliteninin rəisi vəzifəsinə təyin olunub.
2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.
Evlidir, 2 övladı var.
Tağı Əhmədov 27 fevral 2014-cü ildə Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunub.
Bir dəfə Tağı müəllim mətbuata açıqlamasında belə demişdi:
“Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat kafedra müdiri kimi maaş alıram”.
73 yaşlı sabiq rəis gününü şeir yazmaqla keçirir, həm də dincəlir. Gördüyünüz kimi onun aylıq gəliri 6140 manatdı.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=164706

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930