Sentyabrda bizi nə gözləyir?

02.07.2021 - 10:28

Sentyabrda bizi nə gözləyir?

 

Üçüncü koronavirus dalğası iyulun ortalarında azala bilər, eyni zamanda cəmi bir neçə ay ərzində yoluxmada artım gözlənilir.

Bu sözləri Rusiya Genetik Tədqiqatlar Elmi Mərkəzinin baş direktoru Andrey İsayev söyləyib.

“Epidemiyalar dalğalar halında inkişaf edir, yoluxma sayında çoxalmadan sonra hər zaman azalma olur. Ümid edirəm ki, mövcud dalğa iyulun ortalarına qədər azalacaq”, – ekspert TASS-a verdiyi müsahibəsində bildirib.

A.İsayev hesab edir ki, yeni dalğa sentyabr ayının sonunda baş verə bilər. Odur ki, alim epidemiyanın bu dövrünə güclü immunitetlə girmək üçün ən qısa müddətdə peyvənd olunmağı tövsiyə edir:

“İnanıram ki, peyvəndin təsirini sentyabr ayında, dördüncü dalğa zamanı görəcəyik. Yoluxmaların davam etməsi kədərlidir, lakin gözlənilən həqiqətdir”.

Aytən Məftun

Short URL: http://www.cumhuriyyet.net/?p=164735

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31