Uşaqlara vaksin vurulmalıdır? – Həkimdən TÖVSİYƏ

03.07.2021 - 19:10

Uşaqlara vaksin vurulmalıdır? - Həkimdən TÖVSİYƏ

 

COVID-19-a qarşı istifadə olunan vaksinlərin uşaqlar üzərində təsiri araşdırılmadığından, onlara tətbiqi tövsiyə edilmir.

Bunu həkim-infeksionist Vüqar Cavadzadə bildirib.

Onun sözlərinə görə, artıq dünyada uşaqlar arasında “Delta” ştammına və onun törəməsi olan “Delta+” ştammına yoluxma halları artmaqdadır, buna baxmayaraq mövcud vaksinlər yalnız 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub: “İlk növbədə onu qeyd etmək istəyirəm ki, “Delta+” Hindistan variantı olan “Delta” ştammının mutasiyaya məruz qalmış növüdür. Avropada aparılan ilkin araşdırmalara görə, 12-20 yaşa aralığında olan uşaq və yeniyetmələrdə bu virusa rast gəlinir. Amma aşağı yaş qruplarında da müşahidə edilib. Aşağı yaş qrupunda olan uşaqlarda əsasən baş, boğaz ağrısı, qrip kimi əlamətlərlə özünü göstərir. Hazırda koronavirusun bu variantına yoluxma ilə əlaqədar uşaqlar arasında vaksinasiyanın aparılması məsələsi gündəmdə deyil. Ona görə ki, ilk olaraq bu istiqamətdə elmi tədqiqatlar aparılmalıdır”. (trend)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=164790

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031