Bütün dünya sürətlə yüksəlişimizə şahidlik edəcək – Yücel Yalçınkaya

05.07.2021 - 17:40
Bütün dünya sürətlə yüksəlişimizə şahidlik edəcək - Yücel Yalçınkaya

“Azərbaycanın iğaldan azad edilən əraziləri həm Azərbaycan, həm də bölgə üçün ciddi iqtisadi perspektivlər açıb”.

Bunu Anadolu Birləşdirici və Sənayeçi İş Adamları Dərnəyinin qurucusu və rəhbəri Yücel Yalçınkaya deyib.

Y.Yalçınkaya diqqətə çatdırıb ki, dünya dövlətlərinin Qarabağa olan iqtisadi marağı anlaşılandır: “Əvvəlcə onu nəzərinizə çatdırım ki, Azərbaycanın qələbəsi bütün türk dünyasının qələbəsidir. Bu nailiyyət Azərbaycanla yanaşı türk dünyasının həm iqtisadi, həm də siyasi anlamda sürətlə yüksəlişi üçün bir dönüş nöqtəsidir. Yaxın gələcəkdə hamımız bu prosesin şahidi olacağıq”.

Y.Yalçınkaya əlavə edib ki, Türkiyə Azərbaycanın qardaşı olaraq həmişə onun yanında olub, bundan sonra da yanında olacaq: “Tarixin heç bir dönəmində Azərbaycanla Türkiyə bir-birinə dövlət olaraq bu qədər yaxın olmayıb. Xalqlarımız həmişə bir birini qucaqlamaq istəyiblər, amma sovet dönəmində və tarixin müxtəlif mərhələlərində ayrı düşmüşük. Amma şükürlər olsun ki, artıq birik və birlikdə yürüməyə davam edəcəyik. Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq. Qarabağın inşasını birlikdə həyata keçirəcəyik. Yaxın zamanlardan etibarən bütün dünya sürətlə yüksəlişimizə şahidlik edəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=164828

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31