“Hədəf Nəşrləri”nin müəllif tenderində qısa siyahı məlum oldu

05.07.2021 - 17:52

 

“Hədəf Nəşrləri”nin müəllif tenderində qısa siyahı məlum oldu

 

“Hədəf Nəşrləri”nin “Bilgənin macəraları” uşaq seriyası kitabları üçün elan edilən müəllif tenderi iştirakçılarının qısa siyahısı məlum olub.

51 müəllifin qatıldığı tenderdə iştirkaçıların mətnləri obyektivliyin qorunmasının təmini üçün kodlaşdırılaraq münsiflər heyətinə təqdim edilib. 5 münsif tərəfindən qiymətləndirilən mətnlər arasından 7-si qısa siyahıya salınıb:

– Aynur Qarayeva;

– Cəmilə Məmmədli;

– Əziz Yaqubzadə;

– Fərəh İsmayılzadə;

– Pünhan Şükür;

– Seymur Oruc;

– Şəbnəm Xeyrulla.

Növbəti mərhələdə qısa siyahıya düşənlər arasından qalib müəllif seçiləcək.

Qeyd edək ki, ilk layihə – 10 kitabdan ibarət silsilə “Bilgənin macəraları” adlanacaq.

Xatırladaq ki, tender qalibinə 10 hekayə müqabilində 2500 manat qonorar ödəniləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=164832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31