Xarici diplomatlar Şuşada Qazançı kilsəsində olublar

09.07.2021 - 20:28

 

Xarici diplomatlar Şuşada Qazançı kilsəsində olublar

 

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə səfər çərçivəsində Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə baş çəkib, Qazancı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Əvvəlcə diplomatlara Pənahəli xanın sarayının tarixi haqqında məlumat verilib, işğal dövründə sarayın erməni vandallığına məruz qaldığı bildirilib. Qonaqlar sarayın qalıqlarına baxıb, erməni vəhşiliyinin izlərinin şahidi olublar.

Mehmandarovların malikanə kompleksində diplomatlara burada törədilən dağıntılar barədə məlumat verilib. Bildirilib ki, müharibə dövründə buraya da ciddi ziyan dəyib, dağıntılar törədilib. Hazırda kompleks bərpa olunur.

Sonra diplomatik korpusun nümayəndələri Qazancı kilsəsində olublar. Burada onlara bildirilib ki, işğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir.

Qeyd edək ki, Qazançı kilsəsi Şuşa şəhərinin yuxarı hissəsində yerləşir. Kilsənin 1868-1887-si illərdə qədim zərdüşt məbədi üzərində inşa olunduğu bildirilir. Kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir. Kilsənin daxili xüsusi memarlıq bəzəkləri olmadan, yonulmuş yerli daşlarla üzlənib. İşğal altındakı torpaqlarımızda olan digər abidələr kimi, bu kilsə də erməniləşdirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=164986

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930