Alimpaşa Məmmədov həbsdə şeir yazır

17.07.2021 - 11:02

 

Alimpaşa Məmmədov həbsdə şeir yazır

 

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədov şeir yazır və idmanla məşğuldur.

Bunu Trend-ə açıqlamasında bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Saxlanma Yeri və İstintaq Təcridxanasında A.Məmmədovla görüşən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov deyib.

O bildirib ki, sabiq icra başçısı hər gün idmanla məşğul olur:

“Sabiq icra başçısı ilə təcridxanada təkbətək görüşdüm və vəziyyəti ilə maraqlandım. Alimpaşa Məmmədov bildirdi ki, hazırda özünü gümrah hiss edir, heç bir problemi yoxdur, asudə vaxtlarından faydalı istifadə edir.

Dedi ki, saxlandığı müddətdə, həmçinin, şeir də yazır, faydalı işlə məşğuldur. İstintaqın gedişindən də razıdır, istintaq tam obyektiv aparılır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=165153

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31