Kürdəmirdə şadlıq evlərində qaydaları pozanlar cərimə olundu

23.07.2021 - 10:02

 

Kürdəmirdə şadlıq evlərində qaydaları pozanlar cərimə olundu

 

Kürdəmirdə polis şadlıq evlərində profilaktiki tədbirlər keçirib-qaydaları pozanlar cərimə olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə profilaktiki görüşlər keçirib. Mərasim başlamazdan əvvəl keçirilən görüşlərdə polis əməkdaşları ilə birlikdə Qida Təhlükəsizliyi agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşları da iştirak edib.

Görüşlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

Həmçinin keçirilən tədbirlər zamanı toy mərasimlərində iştirak edən şəxslərin COVID-19 pasportları da yoxlanılıb. Peyvənd olunmayan şəxslər məclislərə buraxılmayıb.

Tədbirlər zamanı qayda pozuntusuna aşkar edildiyi saraylarda obyekt sahibləri barədə qanunamüvafiq tədbirlər görülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=165278

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31