Dərslər nə vaxt başlayacaq? – Təhsil Nazirliyindən AÇIQLAMA

31.07.2021 - 19:00

 

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

 

Sentyabrdan sərt karantin qaydalarına qayıdılacağı ilə bağlı şayiələrə rəğmən, Nazirlər Kabineti yanında Operativ Qərargah ənənəvi təhsilin bərpası üzərində iş aparır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun sonuncu brifinqdən sonra jurnalistlərə “vətəndaşlar qısa müddətdə kütləvi vaksinasiyaya gedəcəksə, qapanmalara da ehtiyac olmayacaq” açıqlaması da bunu təsdiqləyir.

Hökumətdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, 2021/2022-ci tədris ilində ənənəvi təhsilə daha sağlam keçilməsi üçün vaksinasiya prosesinin sürətləndirilməsi əsas prioritet olaraq götürülüb. Elə Nazirlər Kabienti yanında Operativ Qərargahın “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında da ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərə COVID-19 pasportunun olması tələbi qoyulub.

Bununla yanaşı, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

Mənbə qeyd edir ki, bu tələblərin qoyulması həm də ənənəvi təhsilə keçilməsi üçün hazırlıq xarakteri daşıyır. Bununla belə ənənəvi təhsilin sentyabrın 15-dən deyil, oktyabrın 1-dən başlanması nəzərdə tutulur. Bunun həmin dövrə qədər peyvəndləmə prosesini yekunlaşdırmaq üçün zaman qazanmağa xidmət etdiyi bildirilir.

Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ili üçün pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsi araşdırılır: “Burada əsas məqsəd ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənməkdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=165563

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31