Həkimdən BƏDBİN PROQNOZ: Azərbaycanda bu tarixdən yoluxma KƏSKİN ARTACAQ VƏ…

17.08.2021 - 18:52

 

Həkimdən BƏDBİN PROQNOZ: Azərbaycanda bu tarixdən yoluxma KƏSKİN ARTACAQ VƏ...

 

Yoluxma son günlər kəskin artıb. Avtobuslarda, metroda sıxlıq olur, yay aylarıdır, insanlar çimərliklərə, hovuzlara üz tuturlar, bölgələrə axın edirlər. Tətil olduğuna görə əhali bir-birinin evinə qonaq gedir. Bu da yoluxma sayına təsirsiz ötüşməyib.

Bunu açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.

Həkim bildirib ki, isti hava da virusa təsir etmir və hazırda virus daha da aktivləşib: “Bu dövrdə insanların immuniteti aşağı düşür, soyuqdəymə xəstəlikləri çoxalır. İnsanlar həmişə məsuliyyətsiz olublar. Yenə də maskanı düzgün taxmırlar, çənədən aşağıya endirirlər və ya ümumiyyətlə, taxmırlar, qollarına keçirirlər. Bu da virusun daha çox yayılmasına səbəb olur. Mütəxəssislərimiz, alimlərimiz il yarımdan çoxdur ki, tövsiyə edirlər, məsləhətlər verirlər. Ancaq insanlar onlara yox, hansısa sadə vətəndaşın uydurmalarına, fərziyyələrinə qulaq asır, onlara inanırlar. Cümlələrini başlayanda “elə deyirlər, belə deyirlər” deyib alimlərə yox, Tükəzban xalalara, Məmmədqulu kişilərə qulaq asıb onlardan misal çəkirlər. Hər kəs deyir ki, biz peyvənd olunmuşuq, hər şey yaxşıdır. Bu rahatlıqla da qaydalara əməl etmək istəmirlər. Bəzi insanları da hazırda saxta COVID-19 pasportu düşündürür. Onu almağın yollarını axtarırlar”.

Ə.Rüstəm qeyd edib ki, hazırkı yoluxanların 90 faizi peyvənd olunmayanlardır: “Ağır keçirənlər də vaksin olunmayanlardır. Peyvənd vurduranların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir. Proqnozlarım isə bədbindir. Güman ki, İsraildəki vəziyyət Azərbaycanda da yaşanacaq. Düşünürəm ki, insanlara saxta peyvəndlər vurulub, peyvənd əvəzinə hidrogen məhlullar yeridilib. Bütün dünyada yoluxma artır, qonşu ölkələrdə də artır. Bizdə daha çox artacaq. Üzü payıza doğru gedirik”.

Həkim qarşıdakı dövrdə ölkəmizdə yoluxmaların daha çox artacağını vurğulayıb: “Payızda, qışda günlük yoluxmanın 6-7 min olacağını düşünürəm. Vaksinasiyasını sürətləndirmək və insanları real vaksin etmək yeganə çıxış yoludur. Saxta pasportların verilməsinin qarşısını almaq lazımdır. İnsanlar açıq-aydın saxta pasportun qiymətini müzakirə edir. Bununla bağlı tədbir görülməlidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=166068

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31