Şəkli yayılan kimsəsiz kişi ilə bağlı – Rəsmi açıqlama

25.08.2021 - 18:54
Şəkli yayılan kimsəsiz kişi ilə bağlı - Rəsmi açıqlama
Sosial şəbəkələrdə Bakının Nəsimi rayonunda iri ticarət mərkəzlərindən birinin yaxınlığında, küçədə çətin şəraitdə yaşayan kişinin görüntüləri yayılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məsələ ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, qurumun müvafiq filialının əməkdaşları sözügedən ünvana gediblər:
“Məlum olub ki, həmin şəxs 1965-ci il təvəllüdlü Kamal Ələkbər oğlu Süleymanovdur. Onun sosial vəziyyətinin qiymətləndirilməsi aparılıb. İlkin söhbət zamanı hazırda ailəsi ilə əlaqəsi olmadığını, kimsəsiz vəziyyətdə olduğunu bildirib.
Müəyyən edilib ki, vətəndaşın sağlamlığı ilə bağlı ciddi problemlər var. Aidiyyəti qurumların əməkdaşlarının da iştirakı ilə Kamal Süleymanov 26 saylı Şəhər poliklinikasına yerləşdirilib.
Səhhəti imkan verərsə və özünün də razılığı olarsa, vətəndaşımız Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=166349

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031